Qaranlıq Rejim
Image
  • bazar ertəsi, 02 noyabr 2026
Dastana dönən HEKAYƏLƏR layihəsi çərçivəsində növbəti ziyarət

Dastana dönən HEKAYƏLƏR layihəsi çərçivəsində növbəti ziyarət

📍 “Dastana dönən HEKAYƏLƏR” layihəsi çərçivəsində növbəti ünvanımız

Xüsusi Təyinatlı Qüvvələrin əsgəri, şəhid Firavan Əsgərovun ailəsi oldu. Bu ziyarət bir evə baş çəkmək deyildi – bu, 19 illik bir ömrün Vətənə çevrilmiş hekayəsini dinləmək idi.

 

Layihə Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan etdiyi qrant müsabiqəsinin qalibi olaraq, Mingəçevir Dövlət Universitetinin və Sabirabad Gənclər Evinin dəstəyi ilə həyata keçirilir. Məqsədimiz şəhidlərimizin həyat yolunu sənədləşdirmək, onların adını gənclərin yaddaşında yaşayan dəyərə çevirməkdir.

 

Firavan uşaqlıqdan zəhmətə alışmışdı.

Texnikanı sevirdi, atasının “çörək ağacı” dediyi ekskavatoru

14 yaşından idarə edirdi.

Əməyi sevən, sözü bütöv, baxışı ciddi bir oğul idi.

 

Amma onun yolu

yalnız ailəsinə dayaq olmaqla bitmədi…

O yol Vətənə aparırdı.

 

2019-cu ildə hərbi xidmətə yollandı.

Cəlilabadda başladı, XTQ sıralarında davam etdi.

Türkiyə və Pakistan hərbçiləri ilə çətin döyüş təlimlərindən keçdi.

Və 2020-ci ilin sentyabrında

müharibəyə ilk gündən qatıldı.

 

Goranboydan Tərtərə,

Talışdan Suqovuşana,

Murovdan Kəlbəcərə uzanan döyüş yolu…

Firavan bu torpaqların hər qarışı uğrunda

ön cəbhədə vuruşdu.

 

Cəbrayıl, Füzuli, Qubadlı, Xocavənd…

Hadrut istiqamətində son tapşırıq isə

onun son döyüşü oldu.

 

Kəşfiyyat zamanı

təkbaşına düşmən mövqelərinə atıldı.

Onlarla düşməni zərərsizləşdirdi.

Amma ağır yaralandı…

 

Firavan Əsgərov

20 oktyabr 2020-ci ildə

şəhidlik zirvəsinə ucaldı.

 

Bu gün Firavan

Sabirabad rayonunun Surra kəndində uyuyur.

Bir vaxt ailənin yeganə oğlu idi,

indi isə bütün xalqın oğludur.

 

Azərbaycan Respublikasının Prezidenti

cənab İlham Əliyevin sərəncamları ilə

ölümündən sonra

“Vətən uğrunda”,

“Hərbi xidmətlərə görə”,

“Cəbrayılın azad olunmasına görə”,

“Füzulinin azad olunmasına görə” medalları

və III dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.

 

Biz inanırıq:

Vətəni sevənlər heç vaxt yarımçıq getmir.

Onlar adlarını tarixə,

ruhlarını bu torpağa həkk edib gedirlər. 🇦🇿

 

Firavan…

Sən firavan bir Vətən üçün

öz gəncliyini verdin.

Bu xalq səni unutmayacaq.

@sabirabad_genclerevi 

@youthfundaz 

Şərh / Cavab göndərən