Qaranlıq Rejim
Image
  • bazar ertəsi, 02 noyabr 2026
Dastana Dönən Hekayələr layihəsi növbəti ziyarətimiz

Dastana Dönən Hekayələr layihəsi növbəti ziyarətimiz

📍 “Dastana dönən HEKAYƏLƏR” layihəsi çərçivəsində növbəti ziyarətimiz

Quru Qoşunlarının əsgəri, şəhid Bəxtiyar Mayılovun ailəsinə oldu.

 

Bu ziyarət bir anım yox,

yarımçıq qalan bir ömrün tamamlanan şərəf hekayəsi idi.

26 yaşını qeyd edə bilmədi…

amma bir xalqın yaddaşında əbədi yaşamağı bacardı.

 

Layihə Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan etdiyi qrant müsabiqəsinin qalibi olaraq, Mingəçevir Dövlət Universitetinin və Sabirabad Gənclər Evinin dəstəyi ilə həyata keçirilir. Məqsədimiz şəhidlərimizin həyat yolunu gələcək nəsillərə canlı tarix kimi ötürməkdir.

 

Bəxtiyar Mayılov

1995-ci il aprelin 13-də Sabirabad rayonunun Surra kəndində dünyaya göz açıb.

Ailənin ikinci oğlu idi.

Uşaqlıqdan vətənpərvər, sakit, amma içində sarsılmaz bir iradə daşıyan bir gənc.

 

Atası İxtiyar kişi deyir ki:

 

> “Hələ yeniyetmə vaxtlarından hərbi geyimi sevirdi.

Xocalını unutmadığını hər addımında hiss etdirirdi…”

 

İyul hadisələrində könüllü yazılmaq istədi.

27 sentyabr 2020-ci ildə isə çağırış gəldi.

Bakıdakı işini yarımçıq qoydu,

Vətən çağırışını tamam bildi.

 

Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı istiqamətində gedən döyüşlərdə

pulemyotçu olaraq iştirak etdi,

düşmən mövqelərinə ağır zərbələr endirdi.

 

Sonuncu dəfə 19 oktyabrda ailəsi ilə danışdı.

Bir neçə gün sonra –

Qubadlının Muradxanlı kəndi istiqamətində gedən qeyri-bərabər döyüşdə

şəhidlik zirvəsinə ucaldı.

 

Bəxtiyar tək deyildi…

Onun ən yaxın dostu Firqan Əsgərov da bir gün əvvəl şəhid olmuşdu.

Eyni kənd, eyni yol, eyni tale…

İndi Surra kəndində yan-yana uyuyurlar.

 

Bu gün Bəxtiyar

doğulub boya-başa çatdığı Surra kəndində dəfn olunub.

Bir ailənin oğlu idi,

bu gün bütün millətin qürur yeridir.

 

Azərbaycan Respublikasının Prezidenti

cənab İlham Əliyevin sərəncamları ilə

ölümündən sonra

“Vətən uğrunda”,

“Cəsur döyüşçü”,

“Cəbrayılın azad olunmasına görə”,

“Qubadlının azad olunmasına görə”,

III dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə təltif olunub.

@sabirabad_genclerevi 

@youthfundaz 

@mdueduaz 

Şərh / Cavab göndərən