Qaranlıq Rejim
Image
  • bazar ertəsi, 02 noyabr 2026
Messi tarix yazdı: Yeni dünya rekordu

Messi tarix yazdı: Yeni dünya rekordu

Lionel Messi növbəti dəfə futbol tarixinə adını qızıl hərflərlə yazdırıb. Argentina millisinin kapitanı 2026-cı il Dünya Çempionatında Avstriya ilə oyunda iki qol vuraraq mundiallar tarixinin ən çox qol vuran futbolçusu adına sahib çıxıb.

Qarşılaşmaya rekordun bir addımlığında başlayan Messi əvvəlcə Miroslav Klosenin 16 qolluq rekordunu geridə qoyub, daha sonra vurduğu ikinci qolla göstəricisini 18-ə yüksəldib. Bununla da o, həm kişilər, həm də qadınlar arasında Dünya Çempionatı tarixinin ən məhsuldar bombardiri olub.

38 yaşlı ulduz futbolçu son mundial oyunlarında nümayiş etdirdiyi yüksək məhsuldarlıqla diqqət çəkir. Bir neçə gün əvvəl Əlcəzairə qarşı het-trik edən Messi bu dəfə də dubl müəllifi olaraq Argentina millisinin qələbəsində həlledici rol oynayıb.

Beləliklə, futbol dünyasının ən böyük rekordlarından biri artıq Lionel Messiyə məxsusdur. Argentinalı əfsanə növbəti matçlarda bu göstəricini daha da artırmaq şansına sahibdir.

Şərh / Cavab göndərən