Dastana dönən HEKAYƏLƏR layihəsi çərçivəsində növbəti ailə ziyarəti
📍 “Dastana dönən HEKAYƏLƏR” layihəsi çərçivəsində bu dəfə yolumuz
Quru Qoşunlarının əsgəri, şəhid Elxan Rzayevin ailəsinə oldu.
Bu ziyarət bir ailə görüşü deyildi.
Bu, auditoriyadan səngərə gedən bir müəllimin,
təhsildən silaha keçən bir vətəndaşın
Vətən qarşısında verdiyi ən ağır imtahanın hekayəsi idi.
Layihə Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan etdiyi qrant müsabiqəsinin qalibi olaraq, Mingəçevir Dövlət Universitetinin və Sabirabad Gənclər Evinin dəstəyi ilə həyata keçirilir. Məqsədimiz şəhidlərimizin həyat yolunu unudulmayan yaddaşa çevirmək, bu hekayələri gənclərə olduğu kimi çatdırmaqdır.
Elxan Rzayev
1994-cü il aprelin 15-də Sabirabad rayonunun Qəzli kəndində anadan olub.
Məktəb yolunu bitirdi, kollec oxudu, hərbi xidmət keçdi.
2020-ci ildə isə Sumqayıt Dövlət Universitetinə daxil oldu.
Amma tarix elə bir çağırış etdi ki,
Elxanın yolu auditoriyaya yox, cəbhəyə düşdü.
Atası Ariz kişi deyir ki:
> “Dərsi vardı.
Müəllim kostyumunu çıxarıb, hərbi formanı geyindi.
Bu dəfə düşmənə dərs verməyə getdi…”
Elxan könüllü olaraq Vətən müharibəsinə qatıldı.
Cəbrayıl və Qubadlı istiqamətində gedən ağır döyüşlərdə iştirak etdi.
Cəbrayılda yaralansa da, bunu ailəsindən gizlətdi.
Sağaldı… və yenidən ön xəttə qayıtdı.
2020-ci il 1 noyabr tarixində
Qubadlının Çardağlı kəndi istiqamətində gedən döyüşlərdə
şəhidlik zirvəsinə ucaldı.
Bu gün Elxan
doğulduğu Qəzli kəndində uyuyur.
Bir vaxt iki bacının tək qardaşı idi,
bu gün bir xalqın fəxri oğludur.
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin sərəncamları ilə
ölümündən sonra
“Vətən uğrunda”,
“Cəsur döyüşçü”,
“Cəbrayılın azad olunmasına görə”,
“Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.
Biz inanırıq:
Bəzi insanlar Vətəni sadəcə sevmir – onu yaşayır.
Elxan Rzayev də məhz belə yaşayanlardan idi. 🇦🇿
Şərh / Cavab göndərən
Oxşar Postlar
Recent Posts
Recommended Posts
-
Yorucu İş Günündən Sonra...
- Post edən Səkinə
- fevral 10, 2025
-
Təlimçi bolluğu: Həqiqi m...
- Post edən Qurban
- fevral 9, 2025
-
"Alimlər insanların daha...
- Post edən Səkinə
- fevral 10, 2025