Qaranlıq Rejim
Image
  • bazar ertəsi, 02 noyabr 2026
Türkiyə təyyarə qəzasında həlak olanların siyahısı açıqlanıb

Türkiyə təyyarə qəzasında həlak olanların siyahısı açıqlanıb

️Türkiyənin qəzaya uğrayan hərbi karqo təyyarəsi ilə bağlı bir sıra detallar məlum olub:
Təyyarə havaya qalxmazdan əvvəl təxminən iki saat Gəncə hava limanında qalıb.

Bu müddət ərzində ekipaj zəruri texniki baxış və hazırlıq işləri aparıb.

Üçüncü şəxslərin təyyarəyə yaxınlaşmasına icazə verilməyib və bütün təhlükəsizlik qaydalarına riayət olunduğu bildirilir.

Təyyarə 8 noyabr – Zəfər Günü münasibətilə Bakıda keçirilən hərbi paradda iştirak etmiş F-16 qırıcılarının texniki xidmətinə cavabdeh olan Türkiyə Hərbi Hava Qüvvələri heyətini və həmin təyyarələr üçün ehtiyat hissələrini daşıyırmış.

Göyərtədə partlayıcı maddə olmayıb və qalıqlar üzərində xarici müdaxilə və ya partlayış izləri aşkarlanmayıb.

İstintaq orqanları qəzanın iki əsas səbəbi üzərində dayanır: Birinci versiya təyyarənin yaşına aiddir. Belə ki, C-130 artıq 50 ildən çox istismarda olub, son əsas texniki baxışı isə 2020-ci ildə keçirilib. Mütəxəssislər hesab edirlər ki, korroziya və ya metal yorğunluğu uçuş zamanı konstruktiv sıradan çıxmaya səbəb ola bilər. İkinci ehtimal yüklənmə prosesilə bağlıdır. Belə ki, yük təyyarələrində düzgün sabitlənməyən yüklər uçuş zamanı yerini dəyişərək balansın pozulmasına, vibrasiyaya və nəticədə konstruksiyanın zədələnməsinə səbəb ola bilər.

Təyyarənin “qara qutusu” açıq sahədə tapılıb. Qurğu təhlil üçün göndəriləcək və nəticələr araşdırma başa çatdıqdan sonra ictimaiyyətə açıqlanacaq.

Məlumata görə, təyyarədə ümumilikdə 20 nəfər olub və hamısı Şəhid olub. Türkiyə KİV uçuş heyətinin siyahısını yayıb.

Gökhan Korkmaz
Serdar Uslu
Nihat İlgen
Cüneyt Kandemir
Emre Mercan
Nuri Özcan
Ümit İnce
Burak Özkan
Emrah Kuran
Hamdi Armağan Kaplan
Akın Karakuş
İlker Aykut
Ramazan Yağız
Emre Altıok
Burak İbbiği
İlhan Ongan
Berkay Karaca
Ahmet Yaşar Kuyucu
Cem Dolapçı
Emre Sayın

Türkiyə təyyarə qəzasında həlak olanların siyahısı açıqlanıb

Şərh / Cavab göndərən