Qaranlıq Rejim
Image
  • bazar ertəsi, 02 noyabr 2026
“Bu günün şagirdləri gələcəyin müəllimləridir” mövzusunda elmi-praktiki seminar keçirilib

“Bu günün şagirdləri gələcəyin müəllimləridir” mövzusunda elmi-praktiki seminar keçirilib

 “Bu günün şagirdləri gələcəyin müəllimləridir” mövzusunda elmi-praktiki seminar keçirilib.
Mingəçevir Dövlət Universiteti (MDU) və Mərkəzi Aran Regional Təhsil İdarəsi Mingəçevir Şəhəri üzrə Təhsil Sektorunun birgə əməkdaşlıq protokoluna əsasən MDU-nun ev sahibliyi ilə həyata keçirilən tədbir, 18 nömrəli məktəbin istedadlı şagirdlərinin, universitetin professor-müəllim heyətinin, həmçinin MDU tələbələrinin iştirakı ilə yadda qaldı.

Seminarda 18 nömrəli tam orta məktəbin şagirdləri – Ağakişiyeva Ayan, Əhmədova Ayan və Əkbərzadə Nuray çıxış edərək öz elmi-təcrübi çalışmalarını təqdim etdilər. Nuray Əkbərzadənin “Duzların hidrolizi” mövzusu ilə bağlı çıxışı xüsusi maraqla qarşılandı. Onun elmi rəhbəri dosent Pərvanə Səfərova, məktəb rəhbəri isə Şikarova Nəzakət idi. “Kütlə və çəki anlayışlarının tədrisi” mövzusunda çıxış edən Ayan Əhmədovanın elmi rəhbəri dosent Təranə Yusibova, məktəb müəllimi isə Həsənli Fəridə oldu. Digər tərəfdən, “Canlılarda qidalanma mövzusunun tədrisi” başlıqlı məruzəsi ilə diqqət çəkən Ayan Ağakişiyevanın elmi rəhbəri Mirzəyeva Aliyə, məktəb müəllimi isə Alməmmədova Gülü kimi peşəkarlar oldular.

Tələbələrin məruzələri maraqla dinlənildi; universitetin professor-müəllim heyəti, seminarda iştirak edən müəllimlər və tələbələr tərəfindən şagirdlərə müxtəlif suallar yönəldildi. Fizika və Ekologiya kafedrasının müdiri dosent Təranə Yusibova, seminarda fəal iştirak edən şagirdlərə və 18 nömrəli məktəbin müəllimlərinə öz təşəkkürünü bildirdi. O qeyd etdi ki, gənclərin və məktəbli şagirdlərin elmi mühitə inteqrasiya olunması, onların bu tip seminarlara cəlb edilməsilə digər məktəblərlə də əməkdaşlığın davam etdirilməsi planlaşdırılır.

Tədbirin moderasiyasını həyata keçirən Fəridə Həsənli seminar boyu iştirakçılar arasında məhsuldar fikir mübadiləsinə şərait yaratdı. Sonda fəal çıxışları ilə seçilən məktəb şagirdlərinə hədiyyələr təqdim olundu. Eyni zamanda, şagirdlər və tələbələrin iştirakı ilə nümayiş olunan maraqlı təcrübələr seminara əlavə rəng qatdı. Təşkilatçıların fikrincə, bu cür birgə tədbirlər, gənclərin potensialını üzə çıxarmaqda və onların elmi-analitik düşüncələrini inkişaf etdirməkdə mühüm rol oynayacaq.

“Bu günün şagirdləri gələcəyin müəllimləridir” mövzusunda elmi-praktiki seminar keçirilib
“Bu günün şagirdləri gələcəyin müəllimləridir” mövzusunda elmi-praktiki seminar keçirilib
“Bu günün şagirdləri gələcəyin müəllimləridir” mövzusunda elmi-praktiki seminar keçirilib
“Bu günün şagirdləri gələcəyin müəllimləridir” mövzusunda elmi-praktiki seminar keçirilib

Şərh / Cavab göndərən