Rüfət özünü imtahandan az bal topladığı üçün öldürübmüş
Yevlax rayonunun R.Rzayev adına Qoyunbinəsi kənd tam orta məktəbinin 11-ci sinif şagirdi, 2008-ci il təvəllüdlü Rüfət Şirinli yaşadığı evin həyətində özünü asıb.
Gunboyu.az xəbər verir ki, adıçəkilən kəndin icra nümayəndəsi Elxan Səfərov "Teleqraf"a bildirib ki, şagirdin intiharına səbəb buraxılış imtahanında az bal toplaması olub.
Onun sözlərinə görə, şagird Polis Akademiyasına qəbul olmaq istəyirmiş: "Martın 2-də buraxılış imtahanı verib və 100-dən çox bal toplayıb. Amma qarşısına daha çox bal yığmağı məqsəd qoymuşdu. Çünki istədiyi ali məktəbə qəbul olmaq üçün yüksək bal lazım idi. Təəssüf ki, az bal topladığına görə özünə qəsd edib".
İcra nümayəndəsi söyləyib ki, Rüfət sakit təbiətli, mədəni bir gənc idi:
"Yaxşı uşaq idi, dərslərini də yaxşı oxuyurdu. Anası da müəllimdir. Ona ailəsindən heç bir təzyiq olmayıb. Ailədə iki qız, bir oğlan olublar".
Şərh / Cavab göndərən
Oxşar Postlar
Recent Posts
Recommended Posts
-
Yorucu İş Günündən Sonra...
- Post edən Səkinə
- fevral 10, 2025
-
Təlimçi bolluğu: Həqiqi m...
- Post edən Qurban
- fevral 9, 2025
-
"Alimlər insanların daha...
- Post edən Səkinə
- fevral 10, 2025